Tacir. (“Koroğlu” dastanının lüğəti)
Bazar sözündən yaranıb.
Bu yeddi ilin ərzində bir tacir, bir bəzirgan mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib. (“Koroğlu ilə Dəli Həsən”)
*
Bəzirgana sataşdığım,
Qumaşına bulaşdığım,
Dönüb boynundan aşdığım
Çənlibeller yerindəmi?
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Ağır halaylar döşlərəm,
Tök malını, get bəzirgan!...
Çox belə fellər işlərəm,
Tök malını, get bəzirgan!..
(“Koroğlunun Bayazid səfəri”)
*
Bir az da getmişdilər qabaqdan bir karvan çıxdı. Koroğlu baxdı ki,dostu Xoca Əziz də bəzirganların içindədi. (“Koroğlu ilə Bolu bəy”)